Rusiya Prezidenti Administrasiyasının 10 əməkdaşı istefaya gedib. İstefa verən məmurlar prezidentin köməkçisi Vladislav Surkovun nəzarətində olan və Abxaziya, Cənubi Osetiya, həmçinin qondarma Donetsk və Luqansk respublikaları ilə münasibətlərə cavabdeh olan idarədə işləyiblər.
Bəzi məlumatlara görə, istefalara səbəb ölkədə yaşanan böhrandır. Məmurlar belə bir şəraitdə işləməyin çətin olduğunu deyir.