Nazpəri Dostəliyeva: “Yalançıların, yaltaqların sözü keçdi”

2-12-2014, 15:15   
Nazpəri Dostəliyeva: “Yalançıların, yaltaqların sözü keçdi”
Xalq artisti həmkarlarına söz atıb
“Bu il mənim üçün çox da yaxşı keçmədi. Yəni bu il problem çox oldu. Lakin 2014-cü ildə yaxşı istirahət etdim. Ailə üzvlərimlə çox yaxşı vaxt keçirdim. Yaxın 10 il ərzində vaxt tapmırdım ki, doğmalarımla dincələm. Bu il yaxşı istirahət etdik”.

Bu barədə xalq artisti Nazpəri Dostəliyeva bildirib.

Xalq artistini bu il ən çox yoran həmkarları ilə yaşadığı qalmaqallar olub. N.Dostəliyevanın sözlərinə görə, heç nəyə baxmayaraq, o, həmkarlarından fərqli olaraq öz dürüstlüyünü qoruya bilib.

“Çalışmışam ki, kimləsə qalmaqalda olmayım. Sadəcə bəzi adamlarla anlaşılmazlıq olub. Nəticədə kimlərsə ayağını yuxarı qoymaq istəyib. Kimlərsə “mənəm, mənəm” demək istəyib. Məh hər işdə olduğu kimi bu dəfə də haqq olmuşam. Atalar yaxşı deyib ki, “düz olan düzdə qalar”. Mən də həmişə düz olmuşam. Mən ikiüzlü ola bilmədim. Yaltaq və yalançı ola bilmədim. Bu səbəbdən də, yalançıların, yaltaqların sözü keçdi”, - deyə Nazpəri Dostəliyeva bildirib.

Qeyd edək ki, bu il xalq artisti İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında qalmaqal yaranmışdı. Gedən qalmaqala Ali Məhkəmənin qərarı son qoyub. Qərara görə, N.Dostəliyeva 25 min manat cərimə ödəyəcək və ondan üzr istəyəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.