Neft ucuzlaşır, rus rublu can verir, iqtisadiyyat isə tənəzzül dövrünə daxil olur

2-12-2014, 15:59   

Neft ucuzlaşır, rus rublu can verir, iqtisadiyyat isə tənəzzül dövrünə daxil olur

“INTERFAX.RU” xəbər verir ki, rubl yenidən dəyərini dollara və avroya nisbətdə itirib. Hazırda 1 dollar 52 rubldan bahadır.

Rublun dəyərini itirməsi dünya bazarında neftin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə bağlıdır. Bundan başqa, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin bədbin proqnozlarla çıxış etməsi də rublun dəyərini itirməsinə səbəb olub.

Bu gün dolların Rusiya valyutasına nisbətdə yüksəlişi 52,11 rubl həddində qeydə alınıb. Bu isə bir dəfəyə 89 qəpik artım deməkdir. Avro da rubla müqayisədə bahalaşıb - 1 avro 64,755 rubl... Burada isə bir günlük artım 85 qəpik həddinə çatıb.

Rusiya İqtisadi İnkişaf Nazirliyi bəyan edib ki, Rusiya iqtisadiyyatı 2015-ci ilin birinci rübündən etibarən tənəzzül dövrünə qədəm qoyacaq.

Ancaq 2016-cı ildən iqtisadiyyatın yenidən inkişaf mərhələsinə daxil olması mümkündür. Bu barədə nazir müavini Aleksey Vedev bəyanat verib.

Agentlik qeyd edir ki, bu gün səhər “Brent” markalı neftin 1 barelinin qiyməti 73 dollar olsa da, az sonra bu göstərici 72 dollara düşüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.