Türkiyəyə bir az da yaxınlaşdı

2-12-2014, 17:23   
Türkiyəyə bir az da yaxınlaşdı
Rusiya-Türkiyə ofşor təbii qaz boru kəməri inşa olunacaq
Prezident Vladimir Putin Ankaraya dövlət səfəri çərçivəsində Rusiyanın və Türkiyənin ofşor təbii qaz boru kəmərinin inşası ilə bağlı razılıq əldə olunub.
"Qazprom"un baş icraçı direktoru Aleksey Miller Türkiyədə illik ötürmə qabiliyyəti 63 milyard kubmetr olan ofşor təbii qaz boru kəmərinin inşası ilə bağlı anlaşma memorandumunun imzalandığını bildirib: "Təbii qaz nəqliyyatının həcmi "Cənub Axını" layihəsində təklif olunan qədərdir. Bu qazın böyük hissəsi Avropa ölkələri üçün nəzərdə tutulub və Rusiya bu həcmin Yunanıstandan keçiriləcəyinə ümid edir."

Avropa mətbuatı yazıb: "Rusiya prezidenti Vladimir Putin Ankarada mətbuat konfransında bildirib ki, hazırki şərtlərdə Rusiya "Cənub Axını" layihəsini davam etdirməyəcək. Bir halda ki, Avropa "Cənub Axını"nı istəmir, onda layihə icra olunmayacaq."

Ümumiyyətlə, Rusiya “Cənub axını” layihəsinə 4,66 mlrd. avro sərmayə qoyub. Müxtəlif qiymətləndirmələrə görə, layihənin ümumi dəyəri təxminən 20 mlrd. avro təşkil edib.

Xatırladaq ki, Türkiyə-Yunanıstan sərhəddində birləşdirici şəbəkənin inşasından sonra Türkiyə ildə 14 milyard kubmetr təbii qaz alacaq. Türkiyədə isə 2015-ci ildən təbii qazı 6% güzəştlə alaraq təchizatın həcmini 3 milyard kub metr artıracaq. Rusiya hazırda Türkiyəyə təbii qazı "mavi axın" boru kəməri ilə çatdırır. 2013-cü ildə Türkiyəyə 13,7 milyard kubmetr təbii qaz nəql olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.