Səməd Səmədov: "Sevdanı ərə vermişəm" - QALMAQAL BÖYÜYÜR

2-12-2014, 18:55   

Xalq artisti Səməd Səmədov ayrıldığı duet ortağı müğənni Sevda Əliqızıdan danışıb. “Space” kanalında yayımlanan “Günaydın” verilişinə zəng edən S.Səmədov bildirib ki, S.Əiqızı keçən il gizli şəkildə ailə qurub: “
“O, keçən il ərə gedib. Ona mən xeyir-dua vermişəm. Həyat yoldaşı ilə toya da gedib. Hələ mən soruşdum ki, kimdir bu? Dedi ki, ərimdir”.

S.Əliqızı isə S.Səmədovun yalan danışdığını deyib: “Mən ailə qurmamışam. Sən kimsən ki, mənə xeyir-dua verirsən? Mənim anam, oğlum var. Sənin mənim ailəmlə işin olmasın. Yavaş-yavaş çaşırsan. Mən səninlə qurtarmışam. Arxadan atılan daş topuğa dəyər. Mənim sənə hörmətim də yoxdur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.