Xalq artisti Flora Kərimova 15 kiloqram arıqlayıb.
Müğənni artıq çəkidən xilas olmağının sirrini "Onlar"a açıqlayıb:
"Deyirlər, formada olan müğənnilərdənəm. Demək ki, cəhdlərim boşa getmir. Səhər yeməyində sıyıq yeyirəm. Yaqut (köməkçisi -red.) nə verirsə, onunla kifayətlənirəm. Meyvələrdən də kökəlmək olur. Deyirlər axşam saat 6-dan sonra xörək yox, meyvə yeyin. Amma qlükoza yığılır. Ona görə, meyvə də yemirəm. Bir az kökələn kimi əsəbləşirəm. İnsan yaşlı görünür".
F.Kərimova həkimin oxumağa icazə vermədiyini deyib:
"Həkim nə vaxt icazə versə, onda da oxuyacam. Hərdən evdə oxuyuram. Amma insan içinə çıxa bilmirəm. Gözəl mahnılarım var. Konsert haqda düşünmürəm, həvəsim yoxdur. Mən oxumaqla kifayətlənirəm. Çünki hədəfim pul qazanmaq deyil. Qazanc yerim övladlarımdır. Tələbatım çox deyil. Bəzi müğənnilərin hədəfi var: ev, maşın. Mənim bu cür istəklərim yoxdur. Uşaqlıqdan beləyəm. Mən bahalı da, ucuz da geyinirəm. Brend deyib, öyünmək adətim yoxdur. Bunu özünə hədəf, həyatın prinsipi edənləri başa düşmürəm. Brend deyəndə, elə bil, mənim nəslimə söyürlər. Bir şeyi ki, kreditlə almaq olar, onunla niyə öyünürsən?".
Müğənni toylara da getmədiyini bildirib: "Mən pulsuz toylar kraliçasıyam. Ancaq qonaq kimi dəvət olunuram, gedirəm. Amma demək istəyirəm ki, mənə yazığınız gəlsin, hamısına gedə bilmirəm".