Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Türkiyə Respublikasının elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
nazir Fikri İşık Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Bakıda keçirilən “BakuTel-2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətini vurğuladı. Fikri İşık Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə nazirlər toplantısında iştirak edəcəklərindən məmnun olduqlarını dedi.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayib Ərdoğan ilə dekabrın 1-dəki telefon söhbətini xatırlayan Prezident İlham Əliyev bir daha Türkiyə tərəfindən Azərbaycanın “G-20”nin tədbirlərinə və zirvə toplantısına dəvət edilməsini ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlığın elm və yüksək texnologiyalar sahəsində də daha da genişləndirməyin önəmini qeyd etdi.
Türkiyəli nazir bildirdi ki, biz hamımız Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” fəlsəfəsinin daha da möhkəmləndirilməsində səylərimizi əsirgəməməliyik.
Dövlətimizin başçısı İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
---------
14:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi, parlamentin üzvü Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və dinamik inkişaf etdirildiyini vurğuladı. Prezident İlham Əliyev Böyük Britaniya şirkətlərinin ölkəmizdə qeyri-enerji sektorunun inkişafında fəal iştirak etməsindən məmnunluğunu bildirdi və bunu tərəfdaşlığımızın yaxşı əlaməti kimi dəyərləndirdi. Dövlətimizin başçısı İlham Əliyev Çarlz Hendrinin Bakıda keçirilən “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakının önəmini vurğuladı. Azərbaycan Prezidenti ölkələrimiz arasında neft-qaz, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu dedi.
Bakıda keçirilən “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakından məmnunluğunu bildirən Çarlz Hendri bu sahədə əməkdaşlığın gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğuladı. Çarlz Hendri Böyük Britaniya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən metro tikintisi sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.
--------
14:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Beynəlxalq Telekommunikasiya İttifaqının yeni seçilmiş baş katibi Haulin Zaonu qəbul edib.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük uğurların əldə edildiyi vurğulandı, “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisinin ənənəvi olaraq hər il Bakıda keçirilməsinin və tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd edildi, sərginin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
---------
19:17
Prezident İlham Əliyev Türkiyənin elm, sənaye və texnologiyalar nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
----------
17:37
Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət elçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib