İlham Əliyev 2 sərəncam imzaladı

3-12-2014, 19:07   


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinin 60-cı sessiyasında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi barədə sərəncam imzalayıb.

sərəncama əsasən Birləşmiş Millətlər Təşkilatının Qadınlara Münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinin 9-27 fevral 2015-ci il tarixlərində BMT-nin Cenevrə ofisində 60-cı sessiyasında Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası Hökumətinin beşinci dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə təsdiq edilib:

Nümayəndə heyətinin başçısı;

Hicran Hüseynova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Nümayəndə heyətinin üzvləri;

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini

Natiq Məmmədov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Yusif Yusifov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini

Xaqani Rzayev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsinin müdiri.


***

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2015-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.