Məşhur müğənni: "Məni 19 yaşımda zorladılar" (FOTO)

3-12-2014, 20:39   

Ledi Qaqa Prodüserinin ona dəhşətli əzab verdiyini deyib

Şou-biznes Məşhur amerikalı müğənni Ledi Qaqa yerli radiolardan birində Hovard Stern şousunda 19 yaşında zorlandığını bildirib.

radio verilişinin efirində Qaqa həyatda dəhşətli hadisələr yaşadığını deyib.

"19 yaşımda mən katolik məktəbə getdim. Sonra mənimlə bağlı qorxunc şeylər baş verdi. Mən pozğunluq, zorlama, qəzəb, ləzzət və ehtiras haqqında Swan mahnısını yazdım. Mən öz əzablarımdan qurtulmaq və onu hamıya göstərmək istəyirdim. Çünki o yaşda mən zorlanmışdım. Özü də prodüserim tərəfindən. Mən bu mövzunu tamamilə açmaq istəmirəm. Bir dəfə mağazada məni zorlayana oxşayan biri ilə qarşılaşdım. Bu dəhşətli idi, mən qorxudan iflic oldum. Anlamadım ki, bu tamamilə başqa insandır. Psixoloji, fiziki və emosional terapiyadan sonra gülə bilirəm. Musiqi mənim üçün çox şey etdi", - Ledi Qaqa bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.