2 milyardddan çox baxış portalda fasilələr yaradıb 2012-ci ildə Cənubi Koreyalı reper “PSY”ı az müddətə bütün dünyada məşhur edən "Gangnam Style" mahnısı hələ də rekord qırmağa davam edir. videoya olan maraq You-Tube portalının çatışmayan bir xüsusiyyətini ortaya çıxarıb. Məlum olub ki, You-Tube-da izləmə maksimumu var.
Hətta portaldan bu barədə rəsmi açıqlma belə gəlib: “Biz heç vaxt bilməzdik ki, bir video ümumi rəqəmin 32 bitlik (= 2 147 483 647 baxış) izləmə məhdudiyyətini keçər. Ola bilər biz PSY-ın yaradıcılığı ilə tanış deyildik. 1 dekabrdan etibarən 'Gangnam Style'ın baxışı o qədər olub ki, biz səhifəni modernləşdirməyə məcbur olduq!”- deyə portalın rəsmi google səhifəsində qeyd edilir.
Bu şərhə Gizmodo belə bir aydınlıq gətirib. Bu o deməkdir ki, videoya baxış tam 2 147 483 647 olduqda 32 bitlik qəbul səviyyəsini keçir. Buna uyğun olaraq portalın proqramçıları yeni baxış kodu yaratmalı olublar və səhifəni yeniləyiblər. 2000-ci ildən bu yana You-Tube-da belə bir hadisə baş verməmişdi.
Hazırda sayt səhvi düzəldib və baxış sayını göstərən sayğac düz işləyir. Lakin bu səhv zamanı kursoru sayğacın üzərinə gətirdikdə rəqəmlər fırlanmağa başlayırdı.
Qeyd edək ki, video 2012-ci ilin 15 iyul tarixində sayta yerləşdirilib və yotube tarixində ən baxımlı videodur. “Gangnam Style” Seulda dəbli rayon olan Kannama reperin özünəməxsus karikaturası idi. Klip birdən o qədər məşhur olur ki, ona minlərlə parodiya çəkilir. Klipdəki rəqsi isə Madonna, Ellen, Britni Spirs BMT baş katibi Pan Gi Munda olmaqla bir çox məşhur təkrar edib.
2012-ci ilin sentyabrında çarx servisdə ən çox “layk” aldığından Ginnesin rekordlar kitabına düşür (o zaman bu rəqəm 2 milyon idi). 2014-cü ilin mayında isə baxış 2 milyardı keçib.