Müğənni "2014-cü ildə ailə həyatı qurdum"
"Bu il üzərində 4 il işlədiyim layihəm "İntour" adlı albomum işıq üzü gördü. Ailə həyat qurdum".
Bu sözləri açıqlamasında müğənni Sevda Ələkbərzadə bildirib. Müğənni bunların yola salmağımıza az qalan 2014-cü ilin onun üçün ən yaddaqalan hadisəsi olduğunu deyib.
"Əslində ciddi layihələrlə 2004-cü ildən məşğulam, amma ara-sıra pop musiqilar ifa edirdim. Axır 3-4 ilə yaxın ifa eləmirdim".
S. Ələkbərzadə yeni "Sev məni" mahnısını ifa etdiyini və Emin Mehdiyevin rejissorluğu ilə klip çəkdirdiyini də söyləyib.
Müğənni 2015-ci il üçün olan yaradıcılıq planlarından da danışıb.
Müğənni İsraildən, yerli musiqiçilər Peris və Mark Elyaho tərəfindən onlarla birgə bir konsertdəə çıxış etmək üçün dəvət aldığını bildirib. Konsert zamanı onu İsrail musiqiçiləri müşayiət edəcək. Bu da onu çox sevindirir. Həmçinin Almaniyanın "Helen music" şirkəti tərəfindən Almaniya, Avstriya və İsveçrədə konsertləri gözlənilir.
Sevda Ələkbərzadə "Toylarla vəziyyəy necədir?" sualına "Onu toylara gedənlərdən soruşun. Mən bu bazardan tamamilə uzağam" cavabnını verib.