ARZU SƏMƏDBƏYLİ MÜSAVATDA MƏCLİS SƏDRLİYİNDƏN İMTİNA ETDİ

4-12-2014, 17:26   
ARZU SƏMƏDBƏYLİ MÜSAVATDA MƏCLİS SƏDRLİYİNDƏN İMTİNA ETDİ
Müsavat Partiyası Məslinin sabiq sədri Arzu Səmədbəyli yenidən Məclis sədri kimi namizədliyinin irəli sürməyəcək. Partiyadan verilən məlumata görə, bu barədə A.Səmədbəyliyə Müsavat Partiyası rəhbərliyi tərəfindən təklif gəlsə də, o, bundan imtina edib. Məsələni A. Səmədbəylinin özü ilə dəqiqləşdirmək mümkün olmayıb.

Müsavat başqanının müavini Gülağa Aslanlı isə deyib ki, Məclis sədri hər hansı təkliflə deyil, Məclis üzvləri tərəfindən seçilir. O qeyd edib ki, A. Səmədbəylinin Məclis sədrliyinə yenidən namizədliyini irəli sürməsi barədə təkliflə tanış deyil.

Qeyd edək ki, A.Səmədbəyli hazırda Məclisin üzvüdür. Lakin partiyanın sonuncu qurultayından sonra siyasi proseslərdə aktiv iştirak etmir.(
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.