Selfi həvəskarı bu addımının səbəbini açıqlamayıb
Ukrayna Ali Radasının sarışın gözəlindən qəribə addım. ANS PRESS-in məlumatına görə, 23 yaşlı Darina Ledovski deputat mandatından imtina edib.
Xalq cəbhəsidən deputat seçilən sarışın gözəl adından bu gün səhər imtina etdiyini açıqlayıb.
Ölkənin baş naziri Arseni Yatsenyukun rəhbərlik etdiyi partiyadan deputat seçilən qadın ən gənc millət vəkili olmaq şansına sahib idi.
Darina Kiyev universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirib.
23 yaşlı gənc sosial şəbəkənin ən aktiv istifadəçilərindən biridir. O, tez-tez müxtəlif ölkələrdəki istirahətindən fotolar paylaşır.
Qeyd edək ki, Darinanın xalası Yelena Ledovski Yatsenyukun ən yaxın tərəfdaşlarından biridir və yüksək vəzifələrdən