Həyat yoldaşından Səbinəyə hədiyyə - FOTO

4-12-2014, 22:54   

“Eurovision 2012” təmsilçimiz Səbinə Babayevanın dünən ad günü olub.
sənətçini təbrik edənlər arasında həyat yoldaşı, rejissor Cavidan Şərifov da yer alıb. O, ifaçıya üzük bağışlayıb.

Hədiyyəsinin fotosunu sosial şəbəkədə paylaşan S.Babayeva təəssüratlarını bölüşüb:

“Ad günlərimi çox sevirəm. Uşaqlıqdan bu yana dekabrın 2-si mənim üçün ən sevimli və özəl gün olub. Bu gözəl hədiyyə üçün həyat yoldaşıma təşəkkür edirəm. Onun dəyəri önəmli deyil. Əsas odur ki, sevgi ilə alınıb, ürəkdən gəlir. Mən çox xoşbəxtəm və hamını sevirəm”.

Qeyd edək ki, Səbinə Babayevanın bir müddət əvvəl boşanma xəbəri yayılmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.