Müğənni Elvin Abdullayev ata olub.
Sənətçinin oğlu dünyaya gəlib. İfaçı təəssüratlarını əməkdaşımızla bölüşüb:
“Çox xoşbəxtəm. Oğlum da, həyat yoldaşım da hazırda yaxşıdır. Bu gün səhər dünyaya gəldi. Allah olmayanlara qismət etsin”.
Qeyd edək ki, E.Abdullayev “Şarm” verilişinin rejissoru Afət Abdullayeva ilə martda ailə qurub.