İnstagram-da aktiv olan sənətçilərimizdən biri də Nadir Qafarzadədir.
51 min izləyicisi olan Nadir saxta artım etmədiyini, belə şeylərdən heç başının çıxmadığını da deyir. İnstagram aludəçisinə çevrilən sənətçi bu vərdişinə görə həyat yoldaşının da qınağına tuş gəlib.
“Mənə İnstagram hesabını İlkin Həsəni açıb. O gündən bu günə kimi İnstagram aludəçisi olmuşam. Hara gedirəm, Wi-Fi axtarıram. Hətta gecə yatanda yoldaşım: “Bəsdir, daha söndür telefonu”, - deyir. O görməsin deyə mən də yorğanın altında yazmağa çalışıram. Artıq telefon ikinci həyat yoldaşım olub.
Çox sadiq izləyicilərim var. Özü də başqaları kimi sayı süni şəkildə artırmamışam. Heç başım da çıxmır“.