Ukrayna itirilmiş torpaqlarını gələn il xatırlayacaq.
Axar.az xəbər verir ki, Ukraynanın ərazi bütövlüyünün bərpası haqqında suala cavab verən Ali Radanın deputatı, siyasi ekspert Taras Çornovil 2015-ci ildə bu məsələyə baxılacağını deyib.
Millət vəkilinin fikrincə, Prezident Vladimir Putinin çıxışı onu göstəririr ki, Rusiyanı çox pis günlər gözləyir:
"Bu vəziyyətdə Ukrayna daha sürətli şəkildə ərazi bütövlüyünün bərpası məsələsinə qayıda bilər. Rusiya Donetsk bölgəsində əsas rol oynamaq hüququna malikdir. Bu proses növbəti ildə başlana və qarşıdakı beş il ərzində qurtara bilər".
"Rusiyanın dağılma prosesi başlanacağı təqdirdə, Donetsk problemi gələn il həll edilə bilər", - deyə ekspert bildirib.