ABŞ və onun müttəfiqləri Vladimir Putini hakimiyyətdən salmaq istəyirlər.
bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, eks-premyer Mixail Fradkov “Blomberg” agentliyinə müsahibəsində söyləyib.
O, bunun üçün Qərbin milli valyutaya hücuma keçdiyini və neftin qiymətini süni şəkildə aşağı saldığını bildirib:
“Qərbin bu istəyi məxfilikdən çıxıb və orada heç kim müstəqil, güclü Rusiyanı görmək istəmir. Rusiyada rublun dəyəri Qərbin maliyyə institutları, investisiya fondları vasitəsilə aşağı salınır”.