Azərbaycanlı meyxanaçı öldü

6-12-2014, 15:00   
Azərbaycanlı meyxanaçı öldü
Dişini çəkdirdikdən sonra qanaxmanın qarşısını almaq mümkün olmayıb
Gənc azərbaycanlı meyxanaçı dünyasını dəyişib.
İsmət adlı meyxanaçının ölümünə səbəb qanaxma olub. Dişini çəkdirdikdən sonra qanaxmanın qarşısını almaq mümkün olmayıb və gənc faciəvi şəkildə vəfat edib.

Mərhumun atası ANS TV-nin "Adam içində" verilişinə açıqlamasında, oğlunun ölümünün əsl səbəbini açıqlayıb: "Balam qan xəstəliyi olan hemofoliyadan əziyyət çəkirdi. Məhz bu səbəbdən qanaxmanın qarşısını almaq mümkün olmadı. Yeganə övladımı itirmişəm, çox ağırdır. Sizin oğlumu yad etməniz bizə təsəlli verdi. Çox sağ olun"!

İsmət eyni zamanda Hepatit virusu daşıyıcısı da olub.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.