ANS-in aparıcısı Rövşanə Bektaşinin qızının dayəsi evindən oğurluq edib.
Aparıcı bu haqda “Günəbaxan” verilişində deyib:
“Tez-tez dayə dəyişirəm. Hətta 1 ay ərzində 5 nəfəri qovduğum hal olub. 6 il ərzində mənə bir xanım kömək etdi. Sonra evdəkilərin təkidiylə qızımı bahalı bağçaya yazdırdım. Cəmi bir həftə getdi. Vaxtıkeçmiş yoğurtlar yedizdirirdilər, tərli-tərli küçəyə çıxarırdılar, qızım xəstələndi.
Uşağı bağçaya aparmaqdansa, evdə dayəyə təhvil verin. Son günlər bağçaların birində uşağa qarşı davranışla bağlı videoya baxandan sonra isə buna tamamilə qarşıyam. Körpələrin əsəbləri ilə oynayırlar.
Evimdə bir rus dayəsi var idi. Alma, konfet alırdım, səhərə qalmırdı, yalandan deyirdi, uşaq yeyir. Bir gün əlimi çantasına vurdum ki, hər şeyi ora yığıb. Evdən oğurluq edirdi, mən də qovdum. İndi heç bir dayə maaşa işləmir. Əgər o istəsəydi, mən özüm hər şey verərdim. İndi evimin hər yerinə kamera yerləşdirmişəm, yeni dayə götürmüşəm. O xanımdan çox razıyam”.