Tanınmış teleaparıcı 2015-ci ili belə qarşılayacaq
Tanınmış teleaparıcı Ulvira Qarayeva ekstravaqant saç düzümü ilə heyrətləndirib.
ANS PRESS-in məlumatına görə, teleaparıcı iki buynuzu xatırladan saç düzümlü şəkillərini sosial şəbəkədə paylaşıb.
ANS TV-də yayımlanan "Evdəyik" proqramının aparıcısının bu görkəmlə Yeni il buraxılışının çəkilişinə qatılıb.
2015-ci ilin Keçi ili olduğunu nəzərə alsaq, Ulviranın buynuz çıxarmasının səbəbsiz olmadığını anlamaq olar.
ANS PRESS Ulviranın maraqlı fotolarını təqdim edir.