İran İraq ərazisində İŞİD düşərgələrinə hava hücumu etdiklərini rəsmən təstiqləyib.
İran XİN-in Asiya işləri üzrə məsul şəxs İbrahim Rehimpur İŞİD-ə hücum etdiklərini təstiqləyib. Rehimpur ABŞ-la heç bir əməkdaşlıq etmədən İŞİD-lə mübarizə apardığını, İraqı Suriyanın halına düşməyə icazə verməyəcəklərini bildirib:
“İraqı Suriyanın vəziyyətinə salmaqlarına icazə verməyəcəyik. İraqa İŞİD-lə mübarizədə kömək edəcəyik. İraq Suriyadan daha çox bizə yaxın bir ölkədir. ABŞ-la heç bir əməkdaşlığımız olmadan mübarizəyə qoşulmuşuq”.
Qeyd edək ki, bir müddət əvvəl İran İŞİD-ə hücum etmələri ilə bağlı yayılan xəbərləri təkzib etmişdi.