Çeçenistan lideri Ramzan Kadırovun Qroznı hadisələrini törədən terrorçulardan biri ilə telefon söhbətinin video yazısı yayımlanıb.
Axar.az xəbər verir ki, video Yutub sosial şəbəkəsində yerləşdirilib.
Videoda Kadırov terrorçu ilə çeçen dilində danışır və onu şəxsən görüşə çağırır. O, terrorçunu inandırmağa çalışır ki, onlar müsəlmanların müqəddəs kitabı Quranı yanlış təfsir edirlər. Çeçenistan rəhbəri bildirir ki, Qurana görə, onların səsləndirdiyi kimi “kafirlərlə savaş” yox, “öz doğmaları, valideynlərinin qayğısına qalmaq”la məşğul olmaq vacibdir. Böyük cihad yolu da elə budur.
Söhbət zamanı Kadırov həmsöhbətinə Qurandan bəzi məqamları incələməyi, təfsir etməyi xahiş edir və söz verir ki, əgər o özünün haqlı olduğunu sübut etsə, Kadırov onun dilədiyi istənilən şeyi edəcək.
Qeyd edək ki, dekabrın 4-də “İmarət Qafqaz”ın döyüşçüləri Qroznıda yerləşən Mətbuat Evini ələ keçirmişdilər. Əməliyyatlar zamanı 14 polis nəfəri həlak olmuş, 28 nəfər yaralanmışdı.
Videonu təqdim edirik. [media=https://www.youtube.com/watch?v=f6IO6npvCTw]