Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək

6-12-2014, 22:43   
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək
Görüş çərçivəsində regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri müzakirə ediləcək
Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili Azərbaycan və Türkiyə həmkarları ilə üçtərəfli görüşdə iştirak etmək üçün gələn həftə Türkiyəyə səfər edəcək.

ANS PRESS APA-ya istinadən xəbər verir ki, dekabın 10-da Türkiyənin Qars şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici siyasət idarələri rəhbərlərinin görüşü keçiriləcək.

Görüş çərçivəsində regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional stabillik və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarların müzakirələri həyata keçiriləcək.

Tədbirdən əvvəl Tamar Beruçaşvilinin Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü gözlənilir. Görüşdə ikitərəfli münasibətlər, bütün sahələrdə strateji tərəfdaşlıq, eyni zamanda regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, üç ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin birinci görüşü 2012-ci ildə Trabzon şəhərində, ikinci görüş isə 2014-cü ilin fevral ayında Gəncədə baş tutub.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin birinci üçtərəfli sammit görüşü 2014-cü ilin may ayında Tiflisdə, bu ilin avqustunda isə üç ölkənin müdafiə nazirlərinin görüşü keçirilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.