Uzun müddətdir hüquq-mühafizə orqanları təqib etdikləri AXCP üzvü Dəyanət Babayevin yaşadığı mənzilə gələrək onu axtarıblar.
Meydan TV-ə istinadən məlumatına görə, bu barədə öz Facebook səhifəsində D.Babayev bildirib ki, anası ona zəng edərək polislərin evə gələrək onu axtardıqlarını deyib: “Nə baş verdiyini anlamıram, evə getməyə də ehtiyat edirəm”.
D.Babayev Meydan TV-yə bildirib ki, evə gələnlər özlərini təqdim etməyiblər, sadəcə, mənzilə daxil olmaq istıyiblər: “Ancaq mənim evdə olmadığımı bildiriblər: "Onlar da deyib ki, qaçmaqla bir şey çıxmaz, onu axtarırıq”.
AXCP üzvü Ağa Nemətulla küçəsi 98-də kirayə yaşayır.