"Bu qanunsuz həbs hakimiyyətin acizliyini göstərir"

7-12-2014, 07:43   
"Bu qanunsuz həbs hakimiyyətin acizliyini göstərir"
Məşhur araşdırmaçı jurnalist Xədicə İsmayılovanın həbsi siyasi arenada birmənalı qarşılanmadı. İqtidaryönümlü siyasilər bu həbs qərarını dəstəkləsələr də, müxalif düşərgə qınadı. Parlamentdə təmsil olunmasına baxmayaraq Ədalət Partiyası da hadisəni qınayanlar cərgəsindədir.



Partiya sədrinin müavini Etimad İsmayılovun həbslə bağlı Moderator.az -a verdiyi açıqlamasını təqdim edirik:

"Xadicə Ismayılovaya münasibətim birmənalı olmasa da hesab edirəm ki, onun qurama ittihamlarla həbsə atılması iqtidar mənsublarına başucalığı gətirmir. Prezident cənab İlham Əliyevə əlavə problemlər yaradır, beynəlxalq təzyiqlərə əsas verir, imicinə xələl gətirir. Eyni zamanda bu qanunsuz həbs hakimiyyətin güclü yox, aciz olduğunu, opponentlərlə mübarizədə arqumentlərə yox, zorakılığa arxalandığını göstərir.


Məmləkətimizdə korrupsiya və dövlət talançılığının tüğyan etdiyi, mafiyanın açıq şəkildə fəaliyyət göstərdiyi halda hüquq-mühafizə orqanlarının cinayətkar maraqların icraçısı rolunda çıxış etmələri dövlətimizi sarsıdır, radikal qüvvələrin arqumentlərinə haqq qazandırır, dolayısyla onların formalaşmasına şərait yaradır".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.