“Çxinvalidə Rusiya tərəfindən keçirilən hərbi təlimlər Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə təcavüz cəhdidir”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyi çıxış edib.
Tiflis Rusiyanın bununla beynəlxalq hüquq normalarını pozduğunu bildirib.
Qeyd edək ki, dekabrın 5-dən etibarən Şimali Qafqaz və Cənubi Osetiyada yerləşən altı poliqonda təlimlər keçirilir. Burada 1000-ə yaxın atillerist və 200 müxtəlif texnika iştirak edir.