Gürcüstanlı jurnalistlər Xədicə İsmayıla həmrəylik nümayiş etditrir

7-12-2014, 22:50   
Gürcüstanlı jurnalistlər Xədicə İsmayıla həmrəylik nümayiş etditrir

Gürcüstanda bir qrup jurnalist Tiblisidəki Azərbaycan səfirliyinin önündə aksiya keçirməyi planlaşdırır. Bu haqda Facebook sosial şəbəkəsində "event" yaradılıb. Aksiya həbs edilən jurnalist Xədicə İsmayılla görədir və "Xədicə İsmayılla həmrəyik" şüarı ilə keçiriləcək. "Event"də deyilir:

"Xədicə İsmayıl prezidetn İlham Əliyevin ailə biznesini ortaya çıxaran çoxlu araşdırmaların müəllifidir. Həbs edilməsi onu susdurma cəhdlərinin pik nöqtəsidir. Bu ölkədəki azad medianı susdurmağa cəhdin bariz nümunəsidir. Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı etdiyi bu təqib vəqısnamaları dayandırmalıdır"

Aksiyanın dekabrın 10-da keçirilməsi planlaşdırılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.