Qərb kəşfiyyatı Putinin Donbas planını açdı

7-12-2014, 23:32   
Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqanskın Ukraynadan ayrılmasına çalışmır, əksinə, böhranın genişlənməsinin qarşısını almaq üçün yollar axtarır.

Axar.az xəbər verir ki, Qərb xüsusi xidmət orqanları NATO-dakı həmkarlarını Kreml siyasətini yanlış qiymətləndirməməkdə xəbərdar ediblər.

Həmin xüsusi xidmət orqanlarının fikrincə, Putin separatçıların məğlubiyyətilə razılaşmayacaq. Donbasın Ukraynadan ayrılmasının yerinə, o, federativ Ukraynanın tərkibində separatçı regionlar yaratmağa üstünlük verəcək.

Bundan başqa qeyd olunur ki, Ukraynanın şərqindəki terrorçuların tərkibində dağınıq fəaliyyət göstərən onlarla qrup var və Putin üçün onları nəzarət altına almaq çətindir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.