"O, Azərbaycanda hüquq müdafiəçilərinə qarşı təzyiqdən danışdı, mən şoka düşdüm"
Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur Azərbaycanda araşdırmaçı jurnmalist Xədicə İsmayılın həbs edilməsi ilə bağlı bəyanat verib. Bəyanatda bildirirlir:
“Xədicə İsmayılova Avropa Şurasının uzun müddətdir əməkdaşlıq etdiyi şəxslərdən biridir. Avropa Şurası Parlament Assambleyasının sonuncu sessiyası zamanı Xədicə İsmayıl mənə şəxsən onun özünə və hüquq müdafiəçilərinə qarşı dəhşətli təzyiq kampaniyası haqda danışaraq məni şoka saldı. Xədicə İsmayılovanın həbsilə bağlı dərin narahatlığımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan Avropa Şurasının üzvü kimi insan haqları üzrə Avropa Konvensiyasının standartlarına hörmət etməlidir. Xədicə İsmayılova və digər hüquq müdafiəçilərilə bağlı Azərbaycan hökumətini Konvensiyada nəzərdə tutulmuş standartlara əməl etməyə çağırıram”.