Ərdoğan oğlunun qalmaqallı gəmisini satdırdı

8-12-2014, 15:22   
Ərdoğan oğlunun qalmaqallı gəmisini satdırdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böyük oğlunun gəmisini satdırıb
Ərdoğan böyük oğlu Əhməd Burak Ərdoğana “Safran.1” gəmisini satmağı tövsiyə edib.

Prezident Ərdoğanın bu qərarı verməsinə səbəb 1 milyon 100 min dollar qiyməti olan gəminin uzun müddət qızğın müzakirələrə səbəb olması və ailəyə problemlər yaratmasıdır.

Qeyd edək ki, Ərdoğan baş nazir olarkən Türkiyə müxalifəti və mətbuatı baş nazirin ailəsinə məxsus olan bu gəmini uzun müddət gündəmdə saxlamışdı. Ərdoğan isə dəfələrlə bu məsələ ilə bağlı narazılığını dilə gətirmişdi.

Ərdoğanın istəyindən sonra oğlu Əhməd Buraka məxsus, “MB Dənizçilik Şirkəti”nin mülkiyyətində olan “Safran.1” gəmisi noyabrın 27-də “FG Dənizçilik Şirkəti”nə satılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.