"Bu gün 3 mərasimidir"
"Müğənni Mətanət İsgəndərli keçmiş həyat yoldaşı Oruc Həmidovun yas mərasiminə gəlməyib”.
bunu aznews.az-a açıqlamasında müğənni, əməkdar artist Mətanət İsgəndərlinin keçmiş qayınanası bildirib. Onun sözlərinə görə, mərhum Oruc Həmidovun dəfn mərasimində ancaq Mətanətin oğlu Kərim Həmidov iştirak edib: “Amma qızı gəlmədi. Bu gün 3 mərasimidir. Oğlu atasının qəbrinin üstünü düzəltdirəcəyini dedi. Mənə də elə bu lazımdır. Qızın niyə dəfnə gəlməməsi ilə maraqlandım. Kərim dedi ki, bacısı rayondadır”.
Qeyd edək ki, əməkdar artist Mətanət İsgəndərlinin keçmiş həyat yoldaşı Oruc Həmidov vəfat edib. O, şəkər xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, M.İsgəndərlinin bu izdivacdan bir qızı və bir oğlu var.