Müğənni Elton Hüseynəliyevdən təzə xəbər var.
ifaçı “Onlar” verilişinə açıqlamasında Türkiyədə yeni albom çıxaracağını deyib:
“Türkiyəyə getmişdim. Orada Bülənt Ərsoyun musiqi şefi Onurla görüşdüm. Qardaş ölkədə albom çıxaracam. Onur mənə kömək olacaq.
Səlami Şahindən, Orxan Gəncəbaydan mahnılar oxuyacam. Onlarla tanışlığım var, hətta Orxan bəy mənə “Hüseyn” deyir.
Eləcə də, Bülənt Ərsoyla münasibətimiz var. Məni bu yaxınlarda baş tutan konsertinə dəvət etmişdi. Getdim, çox otura bilmədim. Sıxıldım... Bu ifaçılarla “Pop Star Alaturka”ya qonaq kimi qatılanda tanış olmuşdum.
Gələn il sənətə gəlməyimin on ili tamam olur. Bu münasibətlə konsert verəcəm. Onur bəy öz ansamblı ilə konsertimdə olacaq”.