ABŞ Milli Təhlükəsizlik Agentliyi bütün dünya ölkələrini fərqli üsullarla dinləyib.
dinləmələrin xəritəsi ortaya çıxıb.
Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin bütün dünyanı fərqli üsullarla dinlədiyi keçmiş agent Eduard Snoudenin açıqladığı sənədlər vasitəsi ilə ortaya çıxmışdı. ABŞ hökuməti də yaranan bu skandal üçün rəsmən üzr istəmək məcburiyyətində qalmışdı və dinləmələr apardığını qəbul etmişdi. Ancaq hadisənin detalları Snoudenin Rusiyadan gizli məlumatları yaymağa davam etməsi ilə daha da dərinləşib.
Snoudenin sızdırdığı xəritəyə görə, yalnız Kanada, Burma və Tunisdəki operatorları dinləmək mümkün olmayıb. MTA-nın apardığı dinləmələr GSM operatorları üzərindən edilib və bütün danışıqlar nəzarətdə olub.
Məlumata görə, Türkiyədəki GSM işçilərinin 75 faizi dinlənilib. Aşağıda qeyd edilən xəritədə Bakının da adı dinlənilər siyahısında var.