Aparıcı Mətanət Əlverdiyevanın ATV-nin canlı efirində şpaqat açması mətbuatda müzakirə mövzusu olub.
Yenilik.Az xəbər verir ki, məsələ ilə bağlı lent.az bir çox şou nümayəndələrindən münasibət öyrənib.
Aparıcı Murad Əzimzadə
“Şpaqat açmaq üçün idman zallarımız kifayət qədərdir. Nəzərə alsaq ki, 2015-ci il Avropa oyunları üzrə Olimpiyada Azərbaycanda keçiriləcək, gərək bəzi həmkarlarım bunu dəyərləndirsin. (gülür) Şpaqat açmaqdansa, həqiqət və vicdan dilimizi, sözümüzü açaq. Amma hər halda özü bilər. Bütün idmançılara uğurlar”.
Aparıcı Vüsalə Əlizadə
“Mən də spaqat aça bilirəm. Amma idman zalında”.
Müğənni Əli Mirəliyev
“Şpaqatı idmançı və sirkdə işləyənlər edər. Birdən mənim qabağımda hansısa aparıcı şpaqat açmaq istəsə, həmin adama tüpürərəm. Olmaz. Bu ədəbsizlik və səviyyəsizlikdir. Sən aparıcısan, özün-özünə bir sual ver, gör düz əməlli adamsan? İndi elə aparıcılar var ki, ailədən danışırlar, amma öz ailələri yoxdur”.
Stilist Samiraldo (Samir Əliyev)
“Bircə onu deyə bilərəm ki, Mətanət həmin Mətanət deyil. Son vaxtlar özünü çox yüngül aparır. Düzü mən ona Samir Bağırova görə hörmət edirdim”.
Aparıcı-bəstəkar Murad Arif
“Açığı bir aparıcı kimi Mətanət məni çox təəccübləndirdi. Hansısa saytda gördüm ki, Mətanət şpaqat açıb. Xəbərə də elə də bir başlıq qoyulmuşdu ki, elə bir nəsə ayıb iş olub. Mən burda ayıb nəsə görmürəm. Mətanət şou və əyləncəli veriliş aparır. Öz janrında, üslubunda çox maraqlı və fərqli aparıcıdır. Onun canlı verilişdə şpaqat açmasında heç bir qəbahət yoxdur. Açığı mən şpaqat aça bilmirəm. Edə bilsəydim, mən də edərdim. Amma Mətanətə halal olsun. Sonda onu da əlavə etmək istəyirəm ki, şou, əyləncə verilişlərinin aparıcısı idmanı, ifa etməyi, rəqsi, elastik olmağı bacarmalıdır. Onun da verilişinin formatı tələb edir ki, o elə elastik hərəkətlərini göstərsin. Pis o aparıcıdır ki, bunları edə bilmir. Amma Mətanətdə bütün bu sadaladıqlarımın hamısı var”.
Prodüser-aparıcı Təranə Səmədova
“Bacarıqlı insan, hər sahədə bacarıqlıdır. Mətanət o sahəsinə yeni bir nəfəs gətirib. Şpaqat açması çox müzakirə olunub. Amma o cəsarətinə görə alqış düşür. Yaxşı edib. Amma sadəcə o geyimdə şpaqat açmasını istəməzdim. Mən şpaqat aça bilmirəm. Gələcəkdə lazım olarsa, bacararamsa, mövzuya uyğun öz verilişimdə şpaqat açaram. Amma mən bacarmaram”.
Aparıcı Vüsalə Kərimova:
“Mətanəti illərdir tanıyıram. Bilirsiniz ki, ikimiz də xəbər aparıcısı olmuşuq. Eyni dövrün aparıcılarıyıq. Onun efirdə şpaqat açmasına gəldikdə isə, burada əcaib bir şey görmürəm. Çünki hazırda telekanalda xəbər aparmır. Şou verilişində aparıcılıq edir. Bu isə o deməkdir ki, şouya hazır olmalıdır. Mətanəti qınayanlara sualım var. Bəs nə əcəb Mətanət “Ford Boyard” müsabiqəsində ekstrim hərəkətlər edən zaman alqışlayırdınız, indi niyə qınayırsınız? Bu yerdə tamaşaçını da qınayıram. Çünki orada fikir verdinizsə, Mətanət deyir ki, paltarımın “razrezi” cırıldı. Amma bunu efir üçün deyir. Nə etsin? Tamaşaçıya bu lazımdır. Aparıcıda günah görməyin. Tamaşaçı, oxucu məhz belə şeylərə baxır. Hər bir aparıcı verilişinin reytinqli olmasını istəyir. Mətanət də bu reytinqi əldə etməyi bacardı. Alqışlayıram. En azından bu gün hami ondan danışır. Pis, ya yaxşı, fərq etməz. Əsas odu gündəmdədir. Qaldı ki, mən bu hərəkəti edərəmmi? Xeyr. Çünki şpaqat acmaq qabiliyyətim yoxdur. Ona da bacarıq lazımdır”.
Aparıcı Mətanət Əlverdiyeva özü şpaqat açmasına bu cür münasibət bildirib:
“Şpaqat açmışam. Buda nə pis iş var ki? Mətanət gedib ermənilərə təslim olmayıb ki? Şpaqat açmağ nə vaxtdan qəbahət olub ki? Əcəb edib, şpaqat açmışam. Sonra? Şpaqat açanda ayağım görünüb. Başa düşmürəm ki, şpaqatı palto ilə açacaqdım? Bilirsiniz, mənim üçün əvvəl işdir. Bəzi aparıcılar kimi rola girmirəm. Olduğum kimiyəm. Bu şpaqatı Türkiyədə hansı şou verilişdə aparıcı etsəydi, deyəcəkdik ki, “Ay, nə yaxşı elədi”.