Ülviyyə Rəhmanova özünü amerikalı ulduzu Merilin Monroya bənzədib
"Nərgiz" jurnalının baş redaktoru Ülviyyə Rəhmanova özünü amerikalı dünya ulduzu Merilin Monroya bənzədib.
Ülviyyə xanım fotosunu İnstagram səhifəsində paylaşıb.
Ülviyyə Rəhmanova Moskva Dövlət Universitetinin rektoru, professor Nərgiz Paşayevanın qızıdır.
Xatırladaq ki, Merilin Monro amerikalı kino aktrisa, müğənni ve model 20-ci əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonlarından biridir. İllərcə kiçik rollarda özünü göstərdikdən sonra "Gentlemen Prefer Blondes", "How to Marry a Millionaire", "Some Like It Hot ve The Seven Year Itch" kimi filmlərdə gösərdiyi komediya bacarığı, cazibəsi və ekrandakı görünüşü 1950 və 1960-cı illərin əvvələrində ən populyar kino ulduzlarından biri olmasını təmin etdi. Karyerasının sonlarına doğru nailiyyətləri daha da artdı.
"Bus Stop" ve "The Misfits" kimi kinolarda dramatik rollarda da özünü görsətdi və bənzərsiz populyarlığı, qazandığı şöhrətlə zamanının digər ulduzlarını geridə qoydu. Halbuki, xalqın gözündə yaratdığı xoşbəxt imicinin əksinə, şəxsi həyatında yaşadığı məyusluqları və güvənsizlikləri onsuz da var olan problemlərini daha da dərinləşdirdi. Xüsusilə 1950-ci illərin sonu 1960-cı illərin əvvələrindən etibarən səhhətində olan müxtəlif problemlər və şəxsi problemləri karyerasına da mənfi təsir göstərir və Monronun işləməsinə mane olur.
Ölümü rəsmi olaraq yüksək dozada yuxu həbblərindən qaynaqlana biləcək intihar olaraq qeyd edilsə də, seks-simvolun ölüm səbəbi haqqında bir çox ehtimal irəli sürülür. Bu ehtimalların içində sui-qəsd versiyası da var. Monro, 1999-cu ildə Amerika Kino İnsitutunun bütün zamanların ən böyük qadın kino ulduzları sıralamasında altıncı sıraya layiq görülüb.