Obama- Şahzadə Uiyam görüşü Ağ evdə baş tutudu
ABŞ prezidenti Barak Obama bazar ertəsi ölkəsində səfərdə olan Britaniya taxtının varisi şahzadə Uilyamı qəbul edib.
Ağ evdə 20 dəqiqə baş tutan görüşdə ətraf mühitin mühavizəsi və brakonyerliklə mübarizə müzakirə olunub. Elə həmin gün şahzadə Uilyam bu mövzu ilə əlaqədar Dünya Bankının Vaşinqton qərargahında çıxış edib.
Bu şahzadə Uilyam və onun yoldaşı Kembric hersoginiyasının ABŞ-a ilk rəsmi səfəridir. Uşaq gözləyən hersoginiya yoldaşını Vaşınqton səfərində müşayiət etməyərək, Nyu-Yorkda qalıb və uşaq təhsil ocağını ziyarət edib.
Qeyd edək ki, səfər çərçivsəndə şahzadə Nyu-Yorkda 2001-ci il 11 sentyabrda həlak olanların xatirə kompleksini ziyarət edəcək bundan əlavə keçmiş birinci ledi və ABŞ-ın sabiq baş katibi Hilloru Klinton ilə görüşü gözlənilir.
şahzadə Uilyam kimi Hillari Klinton da brakonyerliklə mübarizə məsələləri ilə məşğul olur.