Müğənni Röya Ayxanın efirdə yayımlanan verilişlərlə əlaqədar fikirləri müxtəlif mənalara yozulub
ifaçının “Səhərdən axşama qədər efirlərdə ağlaşmadır” ifadəsini ATV-nin aparıcısı Zaur Baxşəliyevin proqramına deməsi ilə bağlı söz-söhbət yayılıb.
Aparıcı məsələyə münasibət bildirib:
"Uzun illərdir münasibətim olan, xətrini istədiyim sənət adamları var. Kimsə arada “vasitəçilik” edib, ara qızışdırmaqla məşğuldur. Guya Röyaya nəsə demişəm. Mənim sözüm olsa, onun özünə söyləyərəm. Çünki bir-birimizə zəng edə biləcək qədər yaxın münasibətdəyik. Hər zaman hörmətini saxlamışam, saxlayacam da. Kimsə mənim sözlərimi yozub ara qızışdırmasın. Dəyərli dostlarımdan biri də Röyadır. Onun efirə gəldiyi vaxtlardan bu günə qədər aramızda hörmət olub. Bu münasibəti belə cılız sözlər qətiyyən poza bilməz".
R.Ayxan isə sosial şəbəkədə buna aydınlıq gətirib:
"Mənim dediyim sözlərin anlamı başqa idi. Yazıda qeyd etmişdim ki, “Səhərdən axşamacan ağlaşma edirlər”. Hamı reytinq toplamaq üçün bir-birindən mövzu oğurlayır. Bu dedi-qoduya son qoyun. Çünki mənim fikrim eyni olaraq da qalacaq. Telefon arxasında şir olmayın. Bu arada, Zaur, təşəkkür edirəm ki, söz gəzdirənlərin ağzını bağladın”.