Məşhur türk paşasının nəvəsi “erməni soyqırımı”nı tanıdı

9-12-2014, 15:04   

Camal Paşanın nəvəsi Hasan Camal türk xalqını aşağılayan və ermənilərin qondarma “soyqırımı” iddiasına haqq qazandıran kitab yazıb.

“Hrant Dink Fondu” tərəfindən maliyyələşdirilən kitabın adı “1915: Erməni soyqırımı” adlanır.

ATVxəbər.az-ın araşdırmasına görə, hələ 2008-ci ildə Hasan Camal İrəvanda ucaldılmış qondarma “soyqırımı abidəsi”ni ziyarət edib. 2012-ci ildən etibarən isə “soyqırımı” haqqında kitabı uydurma faktlar əsasında yazıb.

Onu da qeyd edək ki, bu ilin 11 dekabrında kitabın İrəvanda təqdimatı baş tutacaq. Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasının tərəfdarı olan Camal həm də Türkiyəni “tarixi həqiqətləri etiraf etməyə və təzminat”a çağırıb.

Hasan Camal tanınmış yazıçı və jurnalist olmaqla yanaşı, uzun müddət "Hurriyyet" , "Sabah" və "Milliyet" qəzetlərinin də redaktoru olub. Bəs Hasan Camalın babası Camal Paşa kimdir?

Camal Paşa 1913-cü ildə İstanbulun hərbi qubernatoru, 1914-18-ci illərdə isə dəniz naziri olub. Ənvər paşa və Tələt paşa ilə birlikdə hakim triumviratrın (üçlüyün) üzvü idi.

1914-17-ci illərdə Suriya və Fələstindəki türk ordularına komandanlıq etmişdi. 1918-22-ci illərdə Almaniya, İsveçrə və Əfqanıstanda mühacirətdə olub. "Daşnaksutyun" partiyası uydurma "erməni soyqırımı"na görə, Tələt paşa kimi onun da qətlə yetirilməsi barədə hökm çıxarmışdı. Əfqanıstandakı səfirlikdə müşavir olan Camal paşa geri qayıdarkən Tiflisdə "Daşnaksutyun" partiyasının üzvü tərəfindən qətlə yetirilmişdi.

Bu da nəvənin erməni terrorçuları tərəfindən qətlə yetirən babasının ruhuna olan hörməti və xalqı, milləti qarşısında "xidmətləri".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.