Azərbaycan Respublikasının sabiq müdafiə naziri Səfər Əbiyev mətbuatda ev dustağı olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Keçmiş nazir AzVision.az-a eksklüziv açıqlamasında haqqında deyilənlərin yalan olduğunu deyib.
“Yayılan xəbərlər yalandır. Hər şey yaxşıdır. İndi vaxtım yoxdur, bu məsələlər haqda danışmağa”.
S.Əbiyev hazırda istirahət etdiyini, səhhətinin normal olduğunu da qeyd edib:
“Hər şey yaxşdır. Səhhətimdə heç bir problem yoxdur. Narahat olmayın”.
Qeyd edək ki, yerli mətbuatda yayılan bəzi məlumatlara görə, keçmiş müdafiə naziri Səfər Əbiyevin ölkəxaricinə çıxmasına qadağa qoyulub.
Xatırladaq ki, S.Əbiyev 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. O, 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah Rəisi-Müdafiə Nazirinin birinci müavini, Müdafiə Naziri vəzifəsinin icraçısı, Müdafiə Nazirinin müavini vəzifələrində çalışıb.
S.Əbiyev 1995-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri təyin olunub.
O, Prezident İlham Əliyevin sərəncamı ilə 22 oktyabr 2013-cü il tarixində vəzifəsindən azad edilib. Onu bu postda Zakir Həsənov əvəz edib.