Reper Elşad Xose (Əliyev) İnstagram səhifəsində müzakirələrə səbəb olacaq şəkil paylaşıb. Milli.Az lent.az-a istinadən xəbər verir ki, reper narkotik vasitəyə bənzəyən bükümlər olan tortun şəkilini paylaşıb və bu fotoya belə bir şərh yazıb: “Uşaqlar, hamınızın yeri məlum, adınızı qeyd etmək istəmirəm”.
Reperin paylaşması sosial şəbəkədə müzakirələrə səbəb olub.
Qeyd edək ki, reper Elşad Əliyev (Xose) narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunub.