İlqarə Kazımova cazibədar görünüşü ilə heyran edib
Xalq artisti Aygün Kazımovanın gənc qızı yeni görüntüsü ilə heyran edib.
uşaqlıqdan Azərbaycan xalqının yaxından tanıdığı İlqarə Kazımovanı adətən artıqçəkili görməyə öyrəşmişik. Lakin İlqarə arıqlamış cazibədar görünüşü ilə tanınmaz olub. ANS-də yayımlanan "İncə Maraqlar"ın qonağı olan gənc müğənni arıqlamağının sirlərini ANS PRESS-ə açıqlayıb.
"Əvvəllər "fast food" qidaları çox qəbul edirdim. Amma arıqlamağa qərar verdikdən sonra artıq bu məhsulları yemirəm. Bu gün toyuq yeyirəmsə, sabah balıq, o biri gün ət qəbul edirəm. Bəzən təkcə meyvə və yaxud da tərəvəz salatı ilə qidalanıram. Bununla yanaşı yaşıl çay içirəm” deyə o bildirib.
O, dietoloqların məsləhətlərindən də istifadə etdiyini, bütün bunlarla yanaşı yürüyüşə çıxdığını da deyib. "Açıq havada, dəniz kənarında 1 saatdan çox yeriyirəm”.
İlqarə sağlam formada arıqlamaq və daha sonra verdiyin çəkini geri almamaq üçün dietoloq məsləhətinin çox vacib olduğunu qeyd edib.
Lakin onun dəyişiklikləri bununla bitmir. Belə ki, xalq artistinin gənc və gözəl qızı imicində də dəyişiklik edərək saç rəngini dəyişib.
Karyerasındakı yeniliklərdən bəhs edən İlqarə Kazımova qeyd edib ki, yaxın zamanlarda yeni mahnılar ilə tamaşaçıların qarşısında olacaq. “Hər bir müğənni kimi gələcəkdə konsert proqramı ilə çıxış etmək fikrim var”.
Qeyd edək ki, Aygün Kazımovanın qızı olmaqdan çox razı olduğunu deyən İlqarə heç vaxt sakit həyat istəyində olmayıb. "Əgər mən Aygün Kazımovanın qızı olmasaydım ürəyim partlayardı".
2