AB: "Azərbaycanı buna inandırmağa çalışacağıq"

9-12-2014, 20:19   
AB: "Azərbaycanı buna inandırmağa çalışacağıq"


"Cənbu axını" təbii qaz kəməri layihəsinin dayandırılmasından sonra Avropa Birliyi buna alternativ olaraq "Cənub qaz dəhlizi" layihəsini reallaşdırmağı planlaşdırır.

Axar.az "İtar-Tass"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji üzrə vitse-prezidenti Maroş Şefçoviç məlumat verib.

Şefçoviç qeyd edib ki, "Cənub qaz dəhlizi" üzrə təbii qazı birinci mərhələdə Xəzər regionundan 2019-cu ilə almaq nəzərdə tutulub.

Bu Avropa energetika layihəsinin reallaşdırılması üçün siyasi və bürokratik problemlərin sadələşdirilməsi imkanlarına baxıldığını qeyd edən Şefçoviç, həmçinin Avropa Birliyi xaricində onun iştirakçıları arasında bu problemlərin həllində köməyin göstərilməsinin vacibliyini vurğulayıb.

Şefçoviç Avropa Birliyinin artıq "Cənub dəhlizi" çərçivəsində layihələrin reallaşdırılması üçün Azərbaycan və Türkiyəni buna inandırmağa çalışdıqlarını bildirib.

"Cənub qaz dəhlizi" qaz kəməri Rusiyadan yan keçərək Xəzər dənizi regionundan Avropa Birliyi ölkələrinə çatdırılmanı təmin etməlidir. Bu layihə 2009-cu ildə müzakirə edilmişdi.

"Cənub qaz dəhlizi" üzrə Avropa Birliyi partnyorları arasında ilk növbədə Azərbaycanın adı hallanır. Türkmənistan, Gürcüstan, Qazaxıstan, Türkiyə, İraq, Misir, həmçinin potensial olaraq İran və Özbəkistanın bu layihədə iştirakı təmin edilə bilər. Geosiyasi problemlər isə bütün bu sistemin investisiyaların cəlb edilməsi üçün ciddi maneələrdən biri olaraq qalır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.