Azərbaycanın Milli Məclisində danışmayan millət vəkillərinin sayı 74-dür.
Dövlətin idarə olunmasında 3 əsas qurumdan biri olan ölkənin qanunverici orqanı Milli Məclisdə xalqı təmsil edən 125 millət vəkili var. Altını cızaraq qeyd etməyi vacib hesab edirik ki, deputatların hər biri yalnız təmsil etdikləri seçicilərinin səsini deyil, eyni zamanda, yeri gələndə bütün xalqı təmsil edən ictimai-siyasi fiqurlardır. Onlar ən xırdasından tutmuş ən böyüyüədək milləti narahat edən, ağrıdan bütün məsələlərdə hər gün danışmağa, aktiv, fəal olmağa borculudurlar.Bu, onların həm millət vəkili, həm vətəndaş, həm də bir ictimai-siyasi xadim kimi ən ümdə borclarıdır.
Yenilik.Az xəbər verir ki, AZXEBER.COM-un mahiyyətindən söz açdığımız məsələ ilə bağlı apardığı araşdırmasını oxuculara təqdim edirik.
Hər səhər günümüzə mətbuatın səhifələrinə göz gəzdirməklə başlayırıq. Mübaliğəsiz deyə bilərik ki, medianın daha çox yer ayırdığı kəslər deputatlar sayıla bilər. Siyasi, ictimai, sosial, insan haqları, media, mədəniyyət və hətta mətbəx məsələləri ilə də bağlı deputatların fikirlərinə mətbuat nümayəndələri gen-bol yer ayırırlar. Amma danışan, səsləri hər zaman eşidilən deputatlar da var, əksinə, heç danışmayan, səsləri, ünləri eşidilməyən deputatlar da var. Hansı ki, şişirtmədən qeyd edə bilərik ki, bu millət vəkillərini yəqin ki, seçildikləri dairələrdə yaşayan seçicilərindən başqa tanıyan barmaqla sayılacaq qədər insan var. Niyə?
Birincisi, ona görə ki, susan, danışmayan deputatlar Milli Məclisin iclaslarında aparılan müzakirələrdə demək olar ki , ağızlarına su alıb otururlar, danışmırlar, passivlik nümayiş etdirirlər.
İkincisi, susan, danışmayan deputatlar parlament divarları arasında gedən müzakirələrdən başqa mətbuatla əlaqələrində də passivdirlər. Bu isə onu deməyə əsas verir ki, onlar mətbuatla əlaqələrini qurmayıblar, (bunu yaxşı mənada qura bilməyiblər də deyə bilərik – red.).
Üçüncüsü, susan, danışmayan deputatlar parlament və mətbuatın tribunasından başqa, təşkil olunan, keçirilən ictimai-siyasi müzakirələrdə, debatlarda, diskussiyalarda, fikir mübadilələrində də görünmürlər, gözə dəymirlər, onların bu toplantılarda səsləri eşidilmir. Niyə? Çox sadə bir məntiqlə cavab verək ki, çünki onlar bu tədbirlərə qatılmırlar, o plemiakalarda iştirak etmirlər. Bu sözügedən məqamın üzərində indi baş sındırmadan keçək başqa mətləbə. Ona görə ki, bu məsələ başqa bir müzakirənin mövzusudur.
Dördüncüsü, susan, danışmayan deputatlar özlərini şəxsi deyil, ictimaiyyətin maraq dairəsində olan, cəmiyyətin siyasi, ictimai, sosial sifarişli problemlərindən də çox uzaqda tuturlar. Bu xarakterli məsələlərin müzakirəsində onlar nəinki müzakirələrin aktiv iştirakçısı deyil, hətta passiv iştirakçısı timsalında belə görünmürlər. Niyə? Hesab edirik ki, bu sual cavabı axtarılan suallardandır.
İndi isə dəyərli oxucularımıza danışan və danışmayan deputatlarımızın siyahısını təqdim edirik. Düşünürük ki, bəlkə bu sətirləri oxuduqdan sonra adları qeyd olunan susan, danışmayan deputatlar insafa gəlib ağızlarındakı suyu udub danışdılar.
Milli Məclisin 11 komitəsində təmsil olunan hörmətli deputatlarımızın aktiv və passivlərinin adlaırnı açıqlayırıq:
Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi -
Komitədə 10 deputat təmsil olunur. Onlardan 5 millət vəkili – sədr Əli Hüseynli, üzvlər – Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Azay Quliyev və Fəzail Ağamalıdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.
Madər Musayev
Rafael Cəbrayılov
Rövşən Rzayev
Sabir Hacıyev
Ülvi Quliyev
Təhlükəsizlik və Müdafiə Komitəsi
Komitədə təmsil olunan 12 deputat təmsil olunur. Onlardan 7 millət vəkili – sədr Ziyafət Əsgərov, üzvlər – Adil Əliyev, Aqil Abbas, Aydın Mirzəzadə, Bəxtiyar Sadıqov, Siyavuş Novruzov, Zahid Orucdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.
Elman Məmmədov
Fərəc Quliyev
Hacı Salayev
Xanlar Fətiyev
Əliağa Hüseynov
Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitəsi
Komitədə təmsil olunan 10 deputat təmsil olunur. Onlardan 5 millət vəkili – sədr Valeh Ələsgərov, üzvlər – Elton Məmmədov, Fuad Muradov, Rövnəq Abdullayev, Etibar Hüseynovdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.
Fərhad Qəribov
Hüseynbala Mirələmov
Malik Həsənov
Mirkazım Kazımov
Muxtar Babayev
Yeri gəlmişkən qeyd edək ki, bu komitədə sədr də daxil olmaqla hətta adını aktiv göstərdiyimiz deputatlar da bir çox hallarda passiv görünürlər.
İqtisadi Siyasət Komitəsi
Komitədə təmsil olunan 14 deputat təmsil olunur. Onlardan 3 millət vəkili – sədr Ziyad Səmədzadə, üzvlər – Vahid Əhmədov, Əli Məsimlidən başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.
Arif Alışanov
Aslan Cəfərov
Ayaz Orucov
Ağalar Vəliyev
Cavid Qurbanov
Rüfət Quliyev
Səttar Möhbalıyev
Xanhüseyn Kazımlı
Çingiz Əsədullayev
İlham Əliyev
Əsabil Qasımov
Aqrar Siyasət Komitəsi
Komitədə 9 millət vəkili təmsil olunur. Bu komitədəki deputatlar demək olar ki, susan, danışmayan deputatlar sırasına aiddir.
1. Eldar İbrahimov
2. Arif Əşrəfov
3. Eldar Quliyev
4. Mahir Aslanov
5. Nazim Fərəcov
6. Novruzəli Aslanov
7. Tahir Süleymanov
8. İqbal Məmmədov
9. Ərəstun Cavadov
Sosial Siyasət Komitəsi
Komitədə 10 deputat təmsil olunur. Onlardan 3 millət vəkili – sədr Hadı Rəcəbli, üzvlər – Elmira Axundova, Məlahət İbrahimqızıdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.
Musa Quliyev
Rauf Əliyev
Sevinc Hüseynova
Sədaqət Vəliyeva
Yaqub Mahmudov
İlham Məmmədov
Əhliman Əmiraslanov
Regional Məsələlər Komitəsi
Komitədə 8 deputat təmsil olunur. Onlardan 2 millət vəkili – sədr Arif Rəhimzadə, üzv – Fəttah Heydərovdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.
Amma qeyd etmək istəyirik ki, adlarını çəkdiyimiz bu 2 millət vəkili də bir çox hallarda passivlik nümayiş etdirirlər.
Azər Badamov
Fəzail İbrahimli
Mixail Zabelin
Qalib Salahzadə
Rüstəm Xəlilov
Tahir Rzayev
Elm və Təhsil Komitəsi
Komitədə 13 deputat təmsil olunur. Onlardan 4 millət vəkili – sədr Şəmsəddin Hacıyev, üzvlər – Abel Məhərrəmov, Musa Qasımlı, Bəxtiyar Əliyevdən başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.
Aqiyə Naxçıvanlı
Asəf Hacıyev
Ağacan Abıyev
Gövhər Baxşəliyeva
Gülçöhrə Məmmədova
Kamilə Əliyeva
Rafiq Məmmədhəsənov
İsa Həbibbəyli
Əhməd Vəliyev
Mədəniyyət Komitəsi
Komitədə 7 deputat təmsil olunur. Onlardan 2 millət vəkili – sədr Nizami Cəfərov, üzv – Rafael Hüseynovdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.
Jalə Əliyeva
Leyla Abdullayeva
Sahibə Qafarova
Zeynəb Xanlarova
İmamverdi İsmayılov
Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi
Komitədə 13 deputat təmsil olunur. Onlardan 8 millət vəkili – sədr Səməd Seyidov, üzvlər – Mehriban Əliyeva, Asim Mollazadə, Aydın Abbasov, Qənirə Paşayeva, Rasim Musabəyov, Sahib Alıyev, Sabir Rüstəmxanlıdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.
Azər Kərimli
Cavanşir Feyziyev
Ceyhun Osmanlı
Elxan Süleymanov
Sevinc Fətəliyeva
İnsan Hüquqları Komitəsi
Komitədə 11 deputat təmsil olunur. Onlardan 4 millət vəkili – sədr Rəbiyyət Aslanova, üzvlər – Fazil Mustafa, İlyas İsmayılov, İqbal Ağazadədən başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.
Astan Şahverdiyev
Aytən Mustafayeva
Cavanşir Paşazadə
Flora Qasımova
Nəriman Əliyev
Yevda Abramov
İsmayıl Hacıyev
Nəticə olaraq bildiririk ki, parlamentdə susan, danışmayan deputatların sayı 74-dür.Yenilik.Az