Avroa Şurasının baş katibindən sərt bəyanat
Avropa Şurasının baş katibi Torbyorn Yaqland jurnalist Xədicə İsmayılın dərhal azadlığa buraxılmasına çağırıb. T.Yaqland 9 dekabr tarixli bəyanatında onun barəsində iki aylıq həbs- qətimkan tədbirinin seçilməsindən narahat olduğunu bildirib. “Onun həbsi lazımsız idi. Bu, Azərbaycanda vətəndaş cəmiyyətinə, bir çox beynəlxalq ictimaiyyətə mənfi mesaj göndərir. Bu, Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin necə ağır şəraitdə olduğunu göstərir və Azərbaycanın üzərinə götürdüyü öhdəliklərinə ziddir.
Mən Xədicə İsmayılovanın və Avropa Şurasının Azərbaycandakı digər partnyorlarının dərhal azadlığa buraxılmasına çağırıram”, - bəyanatda deyilir. (contact.az)