İsrail dünyanın ən çox hərbiləşdirilmiş ölkəsidir.
bu barədə informasiyanı Bonn Beynəlxalq Mərkəzi Konversiyası yayıb.
Növbəti yerləri Ermənistan və Sinqapur tutub. Bunlardan başqa ilk onluğa düşən ölkələrin sırasına Suriya, Rusiya, Kipr, Cənubi Koreya, İordaniya, Yunanıstan və Azərbaycanın adları daxil edilib. Hazırlanmış reytinqdə ümumilikdə 151 ölkənin adı yer alıb.
Reytinqi tərtib edənlər xüsusi olaraq Azərbaycan və Ermənistan arasında olan konfliktə diqqət ayırıblar. Ekspertlər hər iki tərəfə Rusiyanın silah satdığını vurğulayıblar.
Qeyd edək ki, hərbiləşmə haqqında qlobal indeks dövlətin hərbi aparatının çəkisi və gücünün cəmiyyətə təsirini əks etdirir.