Barak Obama bir neçə dəqiqə "The Colbert Report" komik verilişin aparıcısı kimi çıxış edib.
" Rusiya KİV-nə istinadən xəbər verirİK ki, bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, ölkə başçısı zarafat edərək bildirib: "Bilirsiz, mən ABŞ prezidentini heç vaxt sevməmişəm, çünki o, çox lovğadır və özü haqqında 3-cü şəxsdə danışır. Həmçinin o, gənclərə öz yeni islahatlarını təqdim edə bilər, lakin onlar xəbərləri izləmirlər, şou verilişlərinə üstünlük verirlər".
Obama bəzi vərdişləri barədə də açıqlama verib: "Evdə corablarımı hara gəldi atıram. Həyat yoldaşım və qızlarım isə mənə böyük qulaqlarım və darıxdırıcı qarderobumun olmasını irad tuturlar."