Nazirlərin görüşü başladı (FOTO)

10-12-2014, 14:42   
Nazirlərin görüşü başladı (FOTO)
Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirləri Qarsda bir araya gəliblər
Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşüb başlayıb.
Qarsda baç tutan görüş sayca dördüncüdür. Görüşdə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Tamar Beruçaşvili bir araya gəlib.

Toplantıdan əvvəl Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu və Gürcüstan xarici işlər naziri Tamar Beruçaşvili arasında ikitərəfli görüş baş tutub.

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov Qars şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət edib, umummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib və abidəsi önünə əklil qoyub. E.Məmmədyarov Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası xarici işlər nazirlərinin 10 dekabr tarixində keçirilən üçtərəfli iclasında iştirak etmək məqsədilə Qarsa səfər edib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.