Çılpaq fotoları ilə tanınan Nuridə Əliyeva bu dəfə, sadəcə, köynək geyindi
Çılpaq fotosessiyaları ilə məşhurlaşan model Nuridə Əliyeva yenə gündəmdədir.
Yenilik.Az anspress-ə istinadən xəbər verir ki, modelin reklam zamanı çəkilən və sosial şəbəkələrdə paylaşılan fotosu böyük ajiotaja səbəb olub.
Nuridə təmamilə çılpaq fotosessiya etdirməsinə belə aydınlıq gətirmişdi: “Çoxları məndən soruşurdu – axı nə üçün sən, ümumiyyətlə, soyunmaq qərarına gəldin? Mən ona görə soyundum ki, yenilik istəyirdim. Bir çox qızların buna cəsarəti çatmır, bir çoxlarına xarici görünüşü imkan vermir. Allaha şükür, mənim həm cəsarətim var, həm də bədənim gözəldir. Bütün zamanlarda rəssamlar, heykəltəraşlar, sonra isə fotoqraflar insan bədəninin gözəlliyini tərənnüm edirdilər, sadəcə, daha geniş düşünmək lazımdır…”