BMT-dən Rusiya ilə bağlı şok proqnoz

11-12-2014, 10:31   
BMT-dən Rusiya ilə bağlı şok proqnoz


Yaxın iki il ərzində maliyyə böhranı və Ukraynadakı vəziyyət də daxil olmaqla geosiyasi münaqişələrə baxmayaraq, dünya iqtisadiyyatının əhəmiyyətli canlanması gözlənilir.

Report xəbər verir ki, bu barədə BMT-nin "2015-ci il üçün dünya iqtisadiyyatı vəziyyət və perspektivlər" adlı hesabatında deyilir. Onun müəllifləri Rusiyada iqtisadi durğunluq (staqnasiya) və ümumilikdə, postsovet məkanında zəif iqtisadi artım proqnozlaşdırırlar.

BMT-nin Nyu-Yorkdakı qərargahında təqdim olunan hesabatda bildirilir ki, gələn il dünya iqtisadiyyatının artımı 3,1%, 2016-cı ildə isə - 3,3% təşkil edəcək. Bu proqnozlar cari ildəki təxminən 2,6% səviyyəsində olan iqtisadi artım göstəricilərindən xeyli yüksəkdir.

"Bəzi iqtisadi göstəricilər pozitiv kimi qiymətləndirilir və təsdiq edir ki, dünya iqtisadiyyatı stabil inkişafına qayıdır. Lakin bir çox risklər və qeyri-müəyyənlik iqtisadiyyatın dirçəlməsinə və onun gələcək inkişafına maneə törədə bilər" - Departamentin iqtisadi və sosial məsələlər üzrə nümayəndəsi Pinfan Xun Nyu-Yorkda keçirilən brifinqdə bildirib.

Hesabatın müəllifləri iqtisadi artımın 2015-ci ildə Rusiyada sıfır səviyyəsində və ümumilikdə, postsovet məkanında zəif olacağını proqnozlaşdırırlar.

Ekspertlər ən yüksək inkişaf tempinin Şərqi Asiyada olacağını söyləyirlər - 2015-2016-cı illərdə bu göstərici 6% səviyyəsində olacaq. Onlar Cənubi Asiyada iqtisadiyyatın tədricən bərpa olunmasını proqnozlaşdırırlar.

Yaxşı inkişaf etmiş iqtisadiyyatı olan ölkələr arasında - ABŞ-da iqtisadi artım 2014-cü ildə 2%, 2015-ci ildə - 2,8 və 2016-cı ildə - 3,1% təşkil edəcək. Avrozonada ekspertlər qeyri-sabit iqtisadi artımın olacağını proqnozlaşdırırlar.

Hesabatın müəllifləri neftin qiymətinin dəyişməsi ilə bağlı həm idxalatçıları, həm də ixracatçıları müəyyən risklər haqqında xəbərdar edirlər. Ekspertlər qeyd edirlər ki, geosiyasi böhranlar, o cümlədən Ukrayna, Liviya, Suriya, İraqdakı münaqişələr sabit iqtisadi artıma mane olur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.